Azərbaycanda millətin formalaşması prosesinin
XIX əsrin ikinci yarısında başlamasının səbəbini
izah edin.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda
kapitalist cəmiyyətinə xas olan
əlamətlərin meydana çıxması ölkədə yeni
sosial-iqtisadi münasibətlər yaratdı. Bölgələrin
müəyyən təsərrüfat sahələri üzrə ixtisaslaşması
əlaqələri möhkəmləndirərək
iqtisadi həyat birliyi üçün zəmin formalaşdırdı.
Kapitalist münasibətləri şəhərlərdə
burjuaziya və fəhlə siniflərinin yaranmasına,
kəndlərdə yeni sosial təbəqələrin – qolçomaqların
və muzdurların meydana çıxmasına
səbəb oldu.
Ölkəyə külli miqdarda kapitalın gəlməsi
mədəniyyətin – elm, təhsil və incəsənətin
inkişafına, yeni ziyalı nəslinin formalaşmasına
təkan verdi. Bütün bunlar XIX əsrin
ikinci yarısında Azərbaycan xalqının millətə
çevrilməsi prosesinin başlandığını göstərirdi.
Dünyanın bir sıra xalqlarında XIX əsrin
ikinci yarısı və sonlarında gedən bu prosesin
Azərbaycanda özünəməxsus forması
müşahidə edildi. Ölkənin tarixi torpaqları
ikiyə bölündüyündən ərazi bütövlüyü pozulmuşdu.
Digər tərəfdən, Şimali Azərbaycan
müstəmləkə vəziyyətində idi. Müstəqil
dövləti, öz milli hakimiyyəti olan xalqlarda
bu proses, adətən, dövlət səviyyəsində tənzimlənir
və məqsədyönlü şəkildə aparılır.
Müstəmləkə vəziyyətində olan Azərbaycanda
isə bu işdə milli burjuaziya ilə yanaşı,
özünün bütün qüvvə və vəsaitini sərf edən
maarifpərvər, vətənpərvər ziyalıların fəaliyyəti
xüsusilə qeyd olunmalıdır.
XIX əsrin ikinci yarısında Azərbaycanda Avropa
təhsili və mədəniyyətinin təsiri altında
yeni ziyalı nəsli formalaşmışdı. Onlar demokratiya,
insan hüquq və azadlıqları anlayışları
ilə yaxından tanış idilər. Mirzə Fətəli
Axundzadə, Əhməd bəy Ağayev, Məhəmməd
ağa Şahtaxtinski, Əlimərdan bəy
Topçubaşov kimi demokratik, vətənpərvər
ziyalılar xalqın müstəmləkə zülmündən
azad olması, mübarizəyə səfərbər edilməsi
üçün, ilk növbədə, onun maarifləndirilməsinin,
milli şüurunun oyadılmasının, milli dilinin
inkişaf etdirilməsinin vacibliyini anlayır
və fəaliyyətlərini bu istiqamətə yönəldirdilər.
Həsən bəy Zərdabinin böyük çətinliklə