Neft sahəsində edilən texniki yeniliklər Bakını
dünyanın neft sənayesi mərkəzinə, Cənubi
Qafqazda isə əsas sənaye şəhərinə çevirdi.
XIX əsrin sonlarında neft çıxarılmasında
Bakı ABŞ-ni qabaqlayaraq dünyada birinci
yerə çıxdı. Bakıda sənaye kapitalizminin
əsas təbəqələri sayılan burjuaziya və çoxmillətli
fəhlə sinfi formalaşdı.
Yerli sənayenin yaranmasının əhəmiyyətini izah
edin. Azərbaycan Respublikasında sənayenin
hansı sahələri daha çox inkişaf etmişdi?
Neft sənayesində yerli sahibkarlar – milli
burjuaziyanın nümayəndələri önəmli yer
tuturdular. Onlar da şirkət açır, emal sənayesi
yaradır, xarici sahibkarlarla rəqabət
aparırdılar.
XIX əsrin sonlarında neft sənayesi inhisar
mərhələsinə qədəm qoydu. 1893-cü ildə
Bakı neft emalı zavodlarının sahibkarları
birləşərək Bakı Ağ Neft Zavod Sahibləri İttifaqını
yaratdılar. Bu inhisar birliyi Rokfellerə
məxsus “Standart Oyl” şirkəti ilə saziş
bağlayaraq dünya ağ neft bazarını bölüşdürməyə
nail oldu.
İqtisadiyyatın istənilən sahəsində inhisarların
yaranmasının mənfi cəhətləri nədir? Fikrinizi
əsaslandırın.
Sənayenin digər sahələri. Azərbaycanda
sənayenin inkişafı XIX əsrin 60-cı illərindən
başladı. Bu dövrdən etibarən muzdlu
əməyə əsaslanan, buxar mühərrikləri ilə
təchiz edilmiş fabrik-zavod istehsalı yarandı.
İlk vaxtlarda müxtəlif sahələrə kapital yatırıb
müəssisə açanlar rus və xarici kapitalistlər
idi.
1861-ci ildə rus kapitalistləri Şəkidə ipək fabriki
yaratdılar. Bu fabrik Avropada ipəkçilik
sahəsində ən böyük müəssisə hesab edilirdi.
1865-ci ildə Gədəbəydə alman kapitalistlərinin
“Simens qardaşları” şirkətinə məxsus
iri misəritmə zavodu fəaliyyətə başladı. Alman
texnikası əsasında yaradılmış bu zavod