Mexaniki qazma-buruq üsulu
ilə neft quyusu dünyada ilk dəfə
1848-ci ildə Bakıda qazılmışdır.
Dünyada ilk dəfə neftayırma
prosesində soyuducu sistemi Cavad
Məlikov 1863-cü ildə Bakıdakı ağ
neft zavodunda yaratmışdır.
Neft mədənindən neftayırma
zavoduna boru kəməri ilk dəfə
1878-ci ildə Bakıda çəkilmişdir.
Neft daşınmasında tanker tipli
gəmidən dünyada ilk dəfə 1878-ci
ildə Bakıda istifadə edilmişdir.
Dəmir yolu ilə neft daşınmasında
vaqon-sisternlər 1880-ci ildə
Bakıda tətbiq edilmişdir.
Rusiyada neft yataqlarının kəşf
edilməsində böyük xidməti
olmuş azərbaycanlı geoloq
haqqında məlumat toplayın.