paq mülkiyyətçisi ola bilmədilər. 1913-cü
ildə qanun 1870-ci il islahatının keçirilmədiyi
Zaqatala dairəsinin kəndlilərinə də şamil
edildi. 1912–1913-cü illərin aqrar qanunları
kənd təsərrüfatının inkişafına təkan
verdi. Azərbaycan kəndlərində sosial təbəqələşmə
dərinləşdi və kapitalist münasibətləri
gücləndi.
XIX əsrin birinci və ikinci yarısında Şimali
Azərbaycanda mövcud olan sosial təbəqələr
arasındakı oxşar və fərqli cəhətləri göstərin.
Azərbaycanda rəsmən təhkimçilik münasibətləri
olmasa da, iltizama verilmiş sahələrdə
kəndlilər icbari qaydada işlədilir, gördükləri
iş üçün əməkhaqqı almırdılar.
1864-cü ildə neft quyularına təhkim edilmiş
kəndlilərin məcburi əməyi ləğv olundu.