dılması, azərbaycanlı uşaqlara ana dilində
təlim keçilməsi, ümumi icbari təhsilin tətbiqi
ilə bağlı tələblərlə çıxış etmişdir.
Ölkənin iqtisadi cəhətdən inkişafı mədəniyyətin
bütün sahələrində – təhsil, elm, incəsənət
və memarlıqda yüksəlişə səbəb
oldu. XIX əsrin ikinci yarısında Azərbaycanda
Avropa təhsilli yeni ziyalı nəsli meydana
gəldi. Məhz bu ziyalılar xalqın maariflənməsində,
milli şüurun formalaşmasında
mühüm rol oynadılar. Yeni ziyalı nəsli və
milli burjuaziyanın görkəmli nümayəndələri
milli azadlıq hərəkatının önündə gedərək
xalqı müstəqil dövlətçiliyin yaradılmasına
səfərbər etdilər.
Rusiya hökumətini islahatlar keçirməyə məcbur
edən səbəbləri müəyyənləşdirin.