XIX əsrdə andlı iclasçıların iştirakı ilə keçirilən məhkəmə iclası
ləmək üçün Bakıya gəlirdilər. Adları çəkilən
şəxslər, əsasən, haqsızlığa məruz qalan, böhtan
və şərlə üzləşən müsəlmanları müdafiə
edir və çox zaman məhkəmə proseslərində
onları təmizə çıxarmağa nail olurdular.
Əlimərdan bəy
Topçubaşov
Fətəli xan
Xoyski
XIX əsrin ikinci yarısında kəndli çıxışlarının
artmasına cavab olaraq çar hökuməti məhkəmə
və inzibati polis zülmünü daha da gücləndirdi.
Bundan sonra kəndlilərin çar məmurlarının
və mülkədarların həyatına və
mülkiyyətinə zərər vurmaları ilə bağlı cinayət
işləri hərbi-dairə məhkəmələrinə verildi. Burada
isə ölüm cəzası adi hala çevrilmişdi.
Şəhər islahatı. Kapitalist münasibətlərinin
inkişafı, şəhər əhalisinin sürətli artımı, xüsusilə
sənaye və ticarət mərkəzinə çevrilən
şəhərlərdə vəziyyətin mürəkkəbləşməsi, tacir
və sənayeçilərin ictimai-siyasi proses-
“Qafqaz canişini Vorontsov-Daşkov Balaxanıdakı
neft mədəninin yaxınlığında Hacı
Yusif adlı şəxsə məxsus torpağı zəbt edib
hasara aldırır. Hacı Yusif vəkil tutub işi
məhkəməyə verməyi qərara alır. Lakin vəkillər
müqabil tərəfin Qafqaz sərdarı olduğunu
bilən kimi bu işdən boyun qaçırırlar. Təkcə
Qarabəy bu çətin işi boynuna götürür. O,
bir neçə ay əlləşir, Peterburqdan komissiya
gətirdir və şahid ifadələri toplayaraq məhkəməni
udur, torpağı Hacı Yusifə qaytarır.
Qanunsuz çəkilmiş hasarı Vorontsovun işlər
rəisinə sökdürtdürür. Bundan sonra bakılılar
ona “Ayını ağladan Qarabəy” ləqəbi
verirlər”.
lərdə iştirak etmək tələbləri Rusiya hakim
dairələrini şəhər islahatı keçirməyə vadar
edirdi. Rusiyada 1870-ci ildə hazırlanan
“Şəhər özünüidarəsi haqqında” Əsasnamə
(şəhər islahatı) Azərbaycanda xeyli gec –
1878-ci ildə və daha məhdud formada Bakıda,
bir qədər sonra isə İrəvanda tətbiq
olundu. İslahata qədər şəhərlərin idarə
olunması, şəhər təsərrüfatı polis idarələri-