mövqe tutduğu ölkədə burjua-demokratik
cəmiyyəti yaratmaq yolunda atılmış ilk
addım oldu.
Lakin müstəmləkə vəziyyətində olan Cənubi
Qafqaz da islahatlar daha məhdud şəkildə
tətbiq edildi.
Cənubi Qafqazda bütün zümrələrin nümayəndələrindən
təşkil edilən andlı iclasçılar
məhkəməsi yaradılmadı. Çünki Rusiyanın
hakim dairələri yerli əhalinin
məh kəmədə, cüzi də olsa, iştirakına imkan
vermək istəmirdi.
Andlı iclasçılar məhkəməsi ilk dəfə hansı
dövlətdə tətbiq edilmişdir?
Çar hökuməti məhkəmə islahatını Cənubi
Qafqazda məhdud qaydada keçirməsini nə ilə
izah edirdi?
Azərbaycanda hakimlər Qafqaz canişini
tərəfindən ruslardan və ya xristian dininə
mənsub digər xalqların nümayəndələrindən
təyin edilirdilər. Məhkəmə işləri yalnız
rus dilində aparılırdı. Proses iştirakçıları
bir-birini başa düşmədiyi üçün tərcüməçi
vasitəsilə danışmağa məcbur olurdular.
Məhkəmə hakimləri yerli əhalinin əsrlər
boyu formalaşmış adət-ənənələrini qətiyyən
nəzərə almır, şahid ifadələrini dinləmək
istəmir, ancaq yazılı sənədlər tələb edirdilər.
Əhalinin, xüsusən kəndlilərin savadsızlığı
şəraitində isə belə sənədlər, adətən, olmurdu.
Bütün mənfi cəhətlərinə baxmayaraq,
müxtəlif təbəqələrdən olanlar üçün ümumi
məhkəmənin yaradılması, məhkəmə iclaslarının
açıq keçirilməsi, vəkillərin iştirakına
icazə verilməsi islahatın mütərəqqi tərəfi
idi. Yerli əhalinin məhkəmə hakimi olmasına
icazə verilmədiyindən XX əsrin əvvəllərindən
başlayaraq Rusiya universitetlərində
hüquq fakültəsində təhsil almış azərbaycanlılar
vəkil kimi çıxış edirdilər. Onların arasında
Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski daha məşhur idi. Qafqazın
müxtəlif bölgələrində yaşayan adamlar bu
vəkillərin məhkəmədə etdikləri çıxışları din-