vurmasın, onların torpaqlardan əldə etdikləri
ümumi gəlir isə azalmasın. Çar hökuməti siyasi hüquqlardan məhrum etdiyi
azərbaycanlı zadəganlar arasında gəlirlərin
zəifləməsi nəticəsində narazılıqların artmasını
istəmirdi.
Çarizm yalnız torpaq hüquqlarını tanımaqla
öz tərəfinə çəkdiyi müsəlman zadəganmülkədarların
kəndlərdə böyük nüfuza malik
olduqlarını, lazım gələrsə, öz kəndlilərini
mübarizəyə qaldıra biləcəklərini anlayır və
bundan çəkinirdi.
1870-ci il islahatına görə mülkədarlara
münbit və əkinəyararlı torpaqların 1/3 hissəsini
xüsusi mülkiyyətdə saxlamaq hüququ
verilirdi. Bu hüquqdan istifadə edən mülkədarlar
ən yaxşı əraziləri öz mülkiyyətlərində
saxlayırdılar. İslahata əsasən kəndlilərin
əlində 5 desya tindən çox torpaq olduqda
artıq hissələr mülkədarların xeyrinə kəsilib
götürülürdü. Lakin “Əsasnamə”də ərazisi 5
desyatindən az olan kəndlilərə əlavə torpaqlar
verilməsi nəzərdə tutulmurdu.
1870-ci il “Əsasnamə”si ilə 1847-ci il “Əsasnamə”
sinin oxşar və fərqli cəhətlərini müəyyənləşdirib
cədvəl şəklində təqdim edin.
Vergi və mükəlləfiyyətlər. Bahalıq səbəbindən
torpaqlarını satın ala bilməyən kəndlilər
yenə də əvvəlki qaydada vergilər ödəməyə
məcbur olurdular. Məhsul vergisi –
malcəhət və bəhrə hər zamankı kimi əsas
yeri tuturdu. Mülkədarların torpaqlarında
malcəhətin həcmi məhsulun 1/10 hissəsinə
bərabər idi. Biyar günlərinin və müxtəlif
peşkəşlərin (hədiyyələrin) əvəzinə, mülkədar
torpaqlarında istər həyətyanı, istərsə də
əkin torpaqlarının hər desyatininə görə pul
mükəlləfiyyəti tətbiq olunurdu.
İslahatın nəticələri. 1870-ci il kəndli islahatı
mənfi cəhətlərinə baxmayaraq, burjua xarakteri
daşıyırdı. İslahat kənddə mövcud
olan vəziyyətin tədricən kapitalist istehsalına
keçməsinə şərait yaratdı. İslahatdan
sonra kənddə təbəqələşmə gücləndi. Ağır
şərtlərə baxmayaraq, ortabab kəndlilər öz
pay torpaqlarını satın ala bildilər, sonra da
tədricən varlı kəndlilərə – qolçomaqlara