Əsasnamə sahibkarlara onların torpaqlarında
yaşayan kəndlilər üzərində inzibati,
polis və məhdud məhkəmə hakimiyyəti
hüququ verir, kəndlilərin “şəxsən azad və
digər sahibkarın yanına keçmək hüququna
malik olduqlarını” təsdiq edirdi.
1840-cı illərdə keçirilən islahatlar müstəmləkə
xarakteri daşısa da, rus çarizmi ilə ali
müsəlman silki arasında ittifaqın yaranmasına
səbəb oldu. Həmçinin ağa-kəndli münasibətlərində
də bir qədər qayda-qanun
yaradıldı.
1840-cı illərdə keçirilən islahatların müstəmləkə
xarakterini araşdırın.
Mənbəyə münasibət bildirin, çarizmin maraqlarını
aydınlaşdırmağa çalışın.