ründə həll edildi. Qafqaza yola düşmək
ərəfəsində I Nikolay Vorontsovu qəbul etdi
və çarizmin aqrar siyasətinin başlıca istiqamətini
müəyyənləşdirən göstərişlər
verdi. 1843-cü ildən etibarən rəsmi sənədlərdə
Azərbaycan ağa və bəyləri “ali müsəlman
silki” adlandırılmağa başlandı.
I Nikolay 1846-cı ildə canişin adına reskript*
imzaladı.
*Reskript
qanun gücündə olan sənəd
Reskript ali müsəlman silkinin həm mülk,
həm də tiyul torpaqları üzərində tam irsi
mülkiyyət hüququnu təsdiq edirdi. Çar Rusiyasının
zadəganları kimi Azərbaycan feodalları
da öz torpaqlarından imperiyanın
ümumi qanunları əsasında “istifadə etmək,
satmaq, bağışlamaq, irsən vermək” hüququ
aldılar. Çar hökuməti bütün imperiyada olduğu
kimi, feodalların silki hüquqlarının
qayğısına qalaraq qeyd edirdi ki, hüquqi
sövdələşmə əsasında Azərbaycan feodalları
torpağı yalnız ali müsəlman silkinə verə
bilərlər.
“Bəy hüquqları” haqqında reskriptin mahiyyətini
izah edin.
Tiyul və mülkün feodal torpaq mülkiyyətinin
eyni kateqoriyasına daxil edilməsi Azərbaycan
feodallarının torpaq hüquqlarının
güclənməsi ilə əlaqədar yeni bir mərhələnin
başlanması demək idi. Kəndli qrupları
(rəiyyət, rəncbər, nökər və s.) isə ləğv
edilərək ümumi adla – mülkədar tabelisi
adlandırıldı.
“Mülkədar tabelisi” kateqoriyasına daxil olan
kəndliləri Rusiyadakı təhkimli kəndlilərlə
müqayisə edin.
Mülkədarlara öz kəndliləri üzərində polis və
inzibati məhkəmə hüquqları verildi. Çar hökuməti
feodalların torpaq üzərində mülkiyyət
və kəndlilər üzərində inzibati