karlıq və ticarətin inkişafını ləngidirdi. 1839–
1843-cü illərdə bu sahədə irəliyə doğru addımlar
atıldı. Azərbaycanda da Rusiyada
istifadə olunan vahid çəki, ölçü, pul vahidləri
tətbiq edildi. Beləliklə, çarizmin bölgədən
gələn gəlirlərini artırmaq məqsədilə
həyata keçirdiyi islahatlar obyektiv olaraq
sənətkarlıq və ticarətin inkişafına müsbət
təsir göstərdi.
Üsyanlar məğlub olsa da, nəticəsiz qalmadı.
Rusiya imperiyası müstəmləkəçilik siyasətini
yumşaltmağa, hərbi idarəetmə sistemini dəyişməyə
məcbur oldu.
“XIX əsrin 30-cu illərində müstəmləkə zülmü
əleyhinə xalq üsyanları” mövzusunda referat
hazırlayın.
Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş
xanlıqlarının işğal və ləğv tarixlərini əks etdirən
cədvəl hazırlayın.