qızıl boya, yun məmulatları və s. məhsullar
Rusiyaya aparılırdı. Bu dövrdə ilk manufakturalar
meydana gəldi. 1827-ci ildə Şəki
yaxınlığında Xanabad manufakturası fəaliyyətə
başladı.
Çarizmin diqqətində olan sahələrdən biri
də neft istehsalı idi. Əvvəllər Bakı xanına
məxsus bütün neft quyuları müsadirə
edilərək xəzinə torpaqlarına qatılmışdı.
Neft quyularıiltizam* verilir, orada kəndlilərin
icbari əməyindən istifadə olunurdu.
Bu isə neft hasilatına mənfi təsir göstərirdi.
Balıq vətəgələri* və duz mədənləri də iltizama
verilən sahələrdən idi. İlk kapitalist
müəssisələrinin meydana gəlməsinə baxmayaraq,
XIX əsrin birinci yarısında Azərbaycan
aqrar ölkə olaraq qalırdı. Əhalinin
əsas məşğuliyyəti əkinçilik, maldarlıq və
kustar sənətkarlıq idi.
*İltizam
bir işin yerinə yetirilməsini lazım bilmə,
öhdəsinə götürmə
*Vətəgə
çay, göl və dəniz balıqlarını ovlamaq üçün
sahildə yerləşən məntəqə, müəssisə
Əhalinin sosial tərkibi. Rus işğalından
sonra əhalinin aşağı zümrəsinin tərkibində
ciddi dəyişikliklər baş verməmişdi. Əvvəllər
olduğu kimi, bu zümrə yenə də kəndlilər,
sənətkarlar və tacirlərdən ibarət idi. İşğalın
nəticəsi olaraq kəndlilər iki böyük təbəqəyə
ayrılmışdı:
- dövlət kəndliləri
- sahib kar kəndliləri.
İşğal prosesinin gedişində hakim zümrədən
müsadirə olunmuş torpaqlar dövlət
(xəzinə) torpaqları adlandırılaraq birbaşa
mərkəzi hakimiyyətin ixtiyarına verilmişdi.
Belə torpaqlarda yaşayan kəndlilər dövlət
(xəzinə) kəndliləri, bəy, ağa torpaqlarında
yaşayan kəndlilər isə sahibkar kəndliləri
adlandırılırdı. İstər sahibkar, istərsə də dövlət
kəndliləri ənənəvi olaraq rəiyyət, rəncbər,
elat kimi qruplara bölünürdü.