15-ci maddədə “bağışlanma əta olunanlar”
Rusiya ilə aparılan müharibələrin gedişində
şah hökumətinə xəyanət edən, rus qoşunlarının
uğur qazanması üçün onlara çuğulluq
edib hər cür yardım göstərən ermənilər
idi. Türkmənçay və Ədirnə sülh müqavilələrindən
sonra Şimali Azərbaycan torpaqlarına
qısa müddət ərzində təxminən 130
minə yaxın erməni köçürülmüşdü. Köçürülən
əhali, əsasən, Qarabağ, Naxçıvan, İrəvan
və Borçalıda yerləşdirilmişdi.
Şimali Azərbaycanda ermənilərin məskunlaşması
XX əsrin əvvəllərinə qədər davam
etmiş, əhalinin etnik tərkibi ciddi dəyişikliklərə
məruz qalmışdı. Köçürülən ermənilər
vergilərdən bir müddət azad edilir, onlara
münbit torpaqlar verilirdi. Sonralar onların
üzərinə qoyulan vergi də yerli əhaliyə nisbətən
xeyli az idi. Azərbaycan torpaqlarında
ermənilərin kütləvi surətdə yerləşdirilməsi
bədnam qonşuların bugünkü ərazi iddialarının
meydana çıxmasına şərait yaratmışdı.
Ermənilərin Şimali Azərbaycana köçürülməsi
barədə araşdırma aparın, regionda baş verən
siyasi hadisələrin, müharibələrin bu prosesə necə
təsir göstərdiyini izah edin.
Almanların Qafqaza köçürülməsi. Çarizmin
köçürmə siyasətində almanlar da
mühüm yer tuturdular. XVIII əsrin sonu –
XIX əsrin əvvəllərində Almaniya siyasi dağınıqlıq
dövrünü keçirməklə yanaşı, ağır iqtisadi
böhran içərisində idi. Napoleon
müharibələri də ölkədən yan ötmədi. Məhz
belə bir dövrdə Rusiya alman əhalisinin
hərbi cəhətdən fəth edilmiş Qafqaz torpaqlarında
yerləşdirilməsinə ciddi diqqət ayırdı.
Almaniyanın cənubundakı Vürtemberq
knyazlığı, Baden Napoleon müharibələrindən
daha çox zərər görmüşdü.
Alman köçkünlərinin Qafqaza köçürülməsi
prosesi 1817–1818-ci illərdə başladı. Onların
içərisində savadlı mühəndislərin, bacarıqlı
sənətkarların, kəndlilərin olması da rus çarizminin
Qafqazla bağlı iqtisadi maraqları ilə
üst-üstə düşürdü. Cənubi Qafqazın zəngin
təbii ehtiyatlarını səmərəli şəkildə mənimsəməyə,
həmçinin bölgədə xristian ünsürlərinin
mövqeyini gücləndirməyə çalışan
Rusiya almanların burada yerləşdirilmə-