Çarizmin köçürmə siyasətini sosial, iqtisadi və
siyasi cəhətdən dəyərləndirin.
Bu məqsədlə çarizm erməni faktoruna xüsusi
diqqət ayırmışdı. Erməni kilsə xadimləri
və rus ordusunda xidmət edən erməni
mənşəli zabitlər Qacarlar və Osmanlı dövlətləri
ərazisində yaşayan bu xalqın nümayəndələri
arasında Qafqaza köçürülmə ilə
bağlı təbliğat aparırdı. Çar hökuməti onlara
Azərbaycan torpaqları hesabına dövlət yaradacağı
vədini də vermişdi. Ermənilərin
Qacarlar İranından Şimali Azərbaycana köçürülməsi
1804-cü ildən başlayaraq mərhələ-
mərhələ həyata keçirildi. 1804-cü ildə
Yelizavetpol dairəsinə 105 erməni ailəsi,
1805-ci ildə isə 1300 erməni köçürüldü.
General Sisianov hətta 1600 aysoru da Şimali
Azərbaycanda yerləşdirdi.
Ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza
gətirilməsi Türkmənçay və Ədirnə müqavilələrindən
sonra daha geniş vüsət aldı.
Ermənilərin İrandan Cənubi Qafqaza
köçürülməsi. 1828-ci il