Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların
səbəb və nəticələrini cədvəl şəklində
təqdim edin.
Azərbaycan tərəfi bunu daha tez etdi. 36 kilometr
uzunluğu olan alternativ dəhlizin
Azərbaycan hissəsinə düşən marşrutunun
tikintisi qısa müddət ərzində başa çatdırıldı.
Ermənistan isə bu məsələdə də siyasi manevr
etmək, vaxtı uzatmaq istəyirdi. Lakin
Azərbaycan Laçına 1992-ci ildən başlayaraq
Suriya və digər yerlərdən köçürülmüş erməni
əhalisinin oradan çıxarılmasına 2022-ci
ilin 26 avqustuna qədər vaxt qoydu. Bu
tələb Ermənistan tərəfindən yerinə yetirildi.
Laçın rayon mərkəzi ilə yanaşı, Zabux və
Sus kəndlərində də Azərbaycan bayrağı
dalğalanmağa başladı.
2023-cü ilin aprelin 23-də Laçın rayonu ərazisində
Azərbaycan Respublikasının sərhəd
keçid məntəqəsi quruldu. Bununla da Ermənistandan
Qarabağ iqtisadi rayonuna
daxil olan və əksinə hərəkət edən yüklərə,
şəxslərə tam nəzarət etmək mümkün oldu.
Həmin ilin mayın 28-də bərpa edilmiş Laçın
rayon mərkəzinə də Böyük Qayıdış planına
uyğun olaraq ilk ailələr köçürüldü.