Ölkə başçısı İlham Əliyev ata vəsiyyətini yerinə
yetirərək Şuşada erməni vandalizminə
məruz qalmış Molla Pənah Vaqifin abidə
kompleksini də olduğu kimi bərpa etdirmişdir.
Yeni toqquşmalar. 44 günlük Vətən müharibəsini
yekunlaşdıran üçtərəfli 10 noyabr
Bəyanatından iki ilə yaxın vaxt keçsə də, Ermənistan
rəhbərliyi öz ohdəliklərini yerinə
yetirməyə tələsmir. Bəyanatın 4-cü bəndinə
görə rus sülhməramlılarının münaqişə zonasına
yerləşdirilməsinə paralel olaraq erməni
silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır.
Təəssüf ki, bu şərtə tam əməl
olunmamışdır. Qarabağ ərazisindəki qeyri-qanuni
erməni hərbi birləşmələri hələ də
tərk-silah edilməyib. Bu isə münaqişə zonasında
tez-tez baş verən təxribatlara yol açır.
2022-ci il avqustun 3-də Rusiya Federasiyası
sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyriqanuni
erməni silahlı dəstələrinin üzvləri 10
noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını
kobud surətdə pozaraq Azərbaycan
ordusunun bölmələrinə qarşı terror-təxribat
əməli törətdi. Nəticədə Azərbaycan ordusunun
bir hərbi qulluqçusu şəhid oldu.
Bunun ardınca qeyri-qanuni erməni silahlı
dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini
əhatə edən dağ silsiləsində yerləşən
Qırxqız yüksəkliyini ələ keçirmək və orada
yeni döyüş mövqelərini qurmağa cəhd
göstərdi.