ərazisindən keçməklə inşa edilən 101 kilometrlik
Zəfər yolu Füzuli və Şuşa şəhəri də
daxil olmaqla onlarla yaşayış məntəqəsini
əhatə edir. Qısa müddətdə həyata keçirilən
bu layihə rəşadətli ordumuzun Şuşa şəhərini
işğaldan azad edərkən keçdiyi yolun
əbədiləşdirilməsi məqsədilə dövlət başçısının
daimi nəzarəti altında icra edilib.
2022-ci ilin oktyabrında Azərbaycanın və
Türkiyənin dövlət başçıları işğaldan azad
edilmiş digər bir şəhərdə – Zəngilanda tikilən
Beynəlxalq Hava Limanının açılış mərasimində
iştirak etdilər.
Azərbaycan Respublikası öz torpaqlarını
azad etməklə tarixi inkişafının irimiqyaslı
bərpa-quruculuq layihələri ilə səciyyələnən,
dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir
çox ölkələr üçün nümunə olan yeni mərhələsinə
qədəm qoymuşdur. Vətən müharibəsindən
ötən müddət ərzində işğaldan
azad olunmuş ərazilərin minalardan və
partlamamış hərbi sursatdan təmizlənməsi,
müasir yaşayış, istehsal və xidmət infrastrukturunun
qurulması, iqtisadi fəaliyyətin,
o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin
bərpası, xüsusilə Zəngəzur dəhlizinin
açılması istiqamətində mühüm işlər görülmüşdür.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış
Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən
biri kimi müəyyən olunmuşdur.
Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan
Respublikasının 2022–2026-cı illərdə sosial-
iqtisadi inkişaf Strategiyası” yeni inkişaf
mərhələsindəki hədəflərə çatmağa xidmət
edən mühüm sənəddir. Strategiyanın icrasını
təmin etmək məqsədilə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”
2022-ci ilin noyabrında Azərbaycan
Respublikası Prezidenti tərəfindən təsdiq
edilmişdir.
Dövlət Proqramının Tədbirlər Planında aşağıdakı
əsas istiqamətlər müəyyən edilmişdir:
- Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət
idarəetməsinin təşkili;
- Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış
məntəqələrinin tikintisi və infrastrukturla
təmini;