əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin 7 iyul 2021-ci
il tarixli Fərmanı ilə ölkəmizin zəngin iqtisadi
potensialından, təbii sərvətlərindən səmərəli
istifadə etmək məqsədilə Azərbaycan Respublikasının
14 iqtisadi rayondan ibarət yeni
bölgüsü təsdiq edilmişdir. Həmin fərmanda
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
da yaradılması öz əksini tapmışdır.
Maraqlıdır ki, bu fərman keçmiş DQMV-nin
yaradılmasının 98-ci ilində verildi və bununla
da “Dağlıq Qarabağ” ifadəsi tarixin arxivinə
göndərildi. Qarabağ iqtisadi rayonuna aşağıdakı
ərazilər daxildir: Xankəndi şəhəri,
Şuşa şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli,
Xocalı, Xocavənd və Tərtər rayonları.
“Dağlıq Qarabağ” ifadəsinin arxivə göndərilməsinin
müsbət cəhətlərini müəyyən edin.
İşğaldan azad edilmiş ərazilərin bərpası və
əhalinin öz ata-baba yurdlarına qayıtması
Vətən müharibəsindən keçən dövr ərzində
dövlətimizin əsas fəaliyyət istiqamətlərindən
birinə çevrilmişdir. Həmin ərazilərdə
yerləşən şəhər və rayon mərkəzlərinin yeni
baş planları hazırlanmışdır və bu sahədə
çoxşaxəli quruculuq işləri aparılmaqdadır.
Quruculuq işlərində yüksək texnologiyanın
tətbiq edildiyi layihələr (“Ağıllı şəhər” və
“Ağıllı kənd” konsepsiyalarının birləşdirilməsi,
“Yaşıl enerji” zonaları və s.) icra edilməkdədir.