məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün
aradan qaldırılması məqsədilə
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə
müvafiq təşəbbüs həyata keçirəcək,
bir-birinə zəruri yardım göstərəcəklər. Bu
yardımın həcmi və forması təxirə salınmadan
keçirilən müzakirələr yolu ilə müəyyən
edilərək birgə tədbirlər görülməsi üçün
müdafiə ehtiyaclarının ödənilməsinə qərar
veriləcək və Silahlı Qüvvələrin güc və
idarəetmə strukturlarının əlaqələndirilmiş
fəaliyyəti təşkil olunacaqdır.
– Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin
müasir tələblərə uyğun olaraq yenidən
formalaşdırılması və modernləşdirilməsi
istiqamətində birgə səy göstərməyə
davam edəcəklər.
– Tərəflər Zəngəzur dəhlizinin açılmasının
və həmin dəhlizin davamı kimi Naxçıvan–
Qars dəmir yolunun tikintisinin mühümlüyünü
qeyd edirlər.
– Tərəflər xarici siyasət sahəsində Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası
arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurası çərçivəsində fəaliyyətlərin
əhəmiyyətini vurğulayırlar.
Verilmiş müddəaları şərh etməklə onların tarixi
əhəmiyyətini izah edin.