Mahalları naiblər, kəndləri isə kəndxuda və
ya yüzbaşılar idarə edirdi. Naiblər və kəndxudalar,
əsasən, vergilərin yığılması və
komendantlara göndərilməsi ilə məşğul
olurdular.
Naib və ya kəndxuda vəzifəsinə təyin
edilənlərin Rusiyaya sədaqəti əsas götürülürdü.
Dövlətdən heç bir maaş almayan bu
vəzifə sahiblərinə çar hökuməti yalnız bəzi
imtiyazlar vermişdi.
Qarabağ, Şəki, Şirvan və Lənkəran əraziləri
mərkəzi Şuşa olan Müsəlman Əyalətləri
Rəisliyində birləşdirilmiş, Bakı və Quba isə
Dərbənddə yerləşən Hərbi Dairə Rəisliyinə
tabe etdirilmişdi.