2020-ci il dekabrın 10-da Bakı şəhərində
Azadlıq meydanında Vətən müharibəsinin
yekunu olaraq hərbi parad təşkil edildi.
Azərbaycanın böyük Qələbəsinə həsr olunmuş
Zəfər paradında ölkə ordusunun şəxsi
heyətinin və hərbi texnikasının, habelə
müzəffər ordumuzun düşməndən ələ keçirdiyi
hərbi qənimətlərin bir qismi nümayiş
etdirildi. Zəfər paradında Şuşaya sancılmış
Qələbə bayrağını Azadlıq meydanına Şuşanın
azad edilməsində müstəsna xidmətləri
olan, Qarabağ xanlığının, Şuşa qalasının
əsasını qoymuş Pənahəli xan Cavanşirin
nəslindən olan və Şuşa azad olunandan
sonra şəhərin ilk komendantı təyin edilən
general-mayor Zaur Məmmədov gətirdi.
Paradda qardaş Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz
arasındakı qardaşlığın rəmzinin bariz
nümunəsi kimi Vətən müharibəsində şəhid
olan azərbaycanlıların sayı qədər də türk
əsgəri iştirak etmişdir.
I və II Qarabağ müharibələri arasında müqayisələr
aparın, məğlubiyyət və qalibiyyət səbəbləri
ilə bağlı cədvəl hazırlayın.