yada məşhur olan 30-a yaxın digər media
agentliyinə müsahibələr vermişdir. Üç
müxtəlif dildə verilən bu müsahibələr sayəsində
beynəlxalq ictimaiyyət münaqişə və
müharibə haqqında əsil həqiqətlər və Ermənistanın
apardığı təcavüzkar siyasət
haqqında ətraflı şəkildə məlumatlandırılmışdır.
XX əsrin 90-cı illərindən fərqli olaraq, ölkədə
güclü siyasi hakimiyyət və vahid komandanlıq
vardır. Ən müasir silahlarla təhciz edilmiş
peşəkar ordu formalaşadırılmışdır. İlham Əliyev
2003-cü ildə Prezident seçiləndən sonra
ordu quruculuğuna diqqət daha da artırıldı,
yeni hərbi doktrina qəbul edildi. Həmin ildən
etibarən dövlət büdcəsindən orduya ayrılan
xərclər bəzi illərdə ya Ermənistan büdcəsinə
bərabər, ya da ondan çox olmuşdur.
Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və
onun peşəkarlığının daim yüksəldilməsi də
Vətən müharibəsinin gedişində mühüm rol
oynadı. Müxtəlif ölkələrdə təlimlərə və hərbi
yarışlara qatılan Xüsusi Təyinatlılarımız çətin
keçilən mürəkkəb dağlıq relyefdə döyüş
aparmaq keyfiyyətlərini parlaq şəkildə nümayiş
etdirdi. Çətin döyüş şərtlərinə,
mürəkkəb relyefə və bütün strateji yüksəkliklərin
düşmən əlində olmasına baxmayaraq,
XTQ inanılmaz manevrlər edərək düşmən
qüvvələrini çaş-baş salmış, “alınmaz”
hesab edilən müdafiə xətlərini bir-birinin
ardınca fəth etmişdir. Xalqın böyük dəstəyini
kürəklərində hiss edən rəşadətli ordumuz,
Vətən uğrunda şəhidliyi zirvə hesab
edən Azərbaycan əsgəri saysız-hesabsız
qəhrəmanlıq nümunələri ilə 44 günlük
müharibədə dastan yazdı.
Düzgün seçilmiş taktika və strategiya da
düşmən üzərində qələbədə, həmçinin itkilərimizin
düşmən ilə müqayisədə az olmasında