Vətən müharibəsindəki qələbənin səbəbləri.
44 günlük Vətən müharibəsində qazanılan
qələbə işğal altında olan torpaqlarımızın
azad edilməsinə hesablanmış
məqsədyönlü daxili və xarici siyasətin nəticəsi
idi. Birinci Qarabağ müharibəsi dövründən
fərqli olaraq, ölkə iqtisadiyyatı
sürətlə inkişaf etdirilmiş, Azərbaycan Respublikası
bütün göstəricilər üzrə Ermənistanı
geridə qoymuşdur.
Aparılan uğurlu xarici siyasət nəticəsində
beynəlxalq müstəvidə Azərbaycanın müttəfiqləri
və dost ölkələrin siyahısı durmadan
genişlənirdi. Vətən müharibəsinin gedişində
Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan,
Əfqanıstan və bir neçə başqa ölkə
Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu
bəyan etmiş, onun ərazi bütövlüyünü
tanıdıqlarını bildirmişdir. Xüsusilə,
Türkiyənin mənəvi və siyasi dəstəyi, yüksək
vəzifəli dövlət rəsmilərinin müharibə müddətində
Azərbaycana çoxsaylı səfərləri diplomatik
mübarizədə əvəzedilməz rol oynadı.
Rusiya Federasiyasının Prezidenti
V.Putin Ermənistan Baş nazirinin yardım
etmək barəsində müraciətlərinə cavab olaraq
müharibənin Azərbaycan ərazilərində
aparıldığını, buna görə də Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının müharibəyə
müdaxilə etmək üçün hərbi və siyasi
əsasın olmadığını bəyan etdi.
İran İslam Respublikası rəhbərliyi isə yalnız
noyabrın 3-də, Vətən müharibəsinin taleyinə
böyük ölçüdə aydınlıq gələndən sonra
Azərbaycanın haqlı tərəf olduğu haqqında
açıqlama yaydı.
Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən
biri də Qoşulmama Hərəkatı
təşkilatının işində fəal iştirak etmək,
bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq
münasibətləri qurmaqdır. 2019-cu ildən etibarən
Azərbaycan Qoşulmama Hərəkatı
təşkilatına sədrlik edirdi. Məhz bu ölkələrin
nümayiş etdirdikləri prinsipial mövqe sayəsində
Vətən müharibəsi gedişində BMT
Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə
uyğun olmayan qətnamə layihəsinin
qəbul edilməsinin qarşısı alınmışdır. Birinci
Qoşulmama Hərəkatı haqqında məlumat
toplayın, Azərbaycanın bu Hərəkatda rolunu
dəyərləndirin.