həmin marşrutun mühafizəsi üçün Rusiya
sülhməramlı kontingentinin gələcək
yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi
üzrə hər iki istiqamətdə vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin
hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını
birləşdirən yeni nəqliyyat kommunikasiyalarının
inşası təmin ediləcəkdir.
Lakin I Qarabağ müharibəsi zamanı 1993-cü
ildə Kəlbəcər rayonu Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilərkən işğalçılar
mülki əhaliyə bölgəni tərk etmək üçün
cəmi 10 saat vaxt vermişdi.
44 günlük Vətən müharibəsində həlak olan
şəhidlərimizlə bağlı məlumat toplayıb təqdimat
hazırlayın.