Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olmuş şəhidlərimizlə bağlı məlumat
toplayıb təqdimat hazırlayın.
Şuşa azad edildikdən dərhal sonra 9 Noyabrda
- Dövlət Bayrağı Günündə Azərbaycan
ordusu daha 71 kəndi, 1 qəsəbəni və 8
strateji yüksəkliyi işğaldan azad etdi. Bununla
da hərbi əməliyyatlar gedişində işğaldan
azad edilmiş yaşayış məntəqələrinin
sayı 300-ə çatdı. Şuşanın və ətraf yüksəkliklərin
alınması düşmənin müqavimət gücünü
tamamilə sarsıtdı. Bu qələbə Azərbaycan
ordusunun həlledici üstünlüyünü
təmin etdi.
Azərbaycan ordusunun həlledici üstünlüyünü
təmin edən amilləri sxem şəklində təqdim edin.