Həmin gün Azərbaycan ordusu Tərtər, Ağdərə
və Ağdam istiqamətində də hücum
əməliyyatları həyata keçirərək Ermənistan
silahlı qüvvələrinə ağır zərbələr endirdi.
Azərbaycan komandanlığının bu addımları
düşmən qüvvələrinin bu istiqamətlərdən
Şuşaya yardıma getməsinin qarşısını almağa
hesablanmışdı və özünü doğrultdu.
Düşmən ordumuzun hücumlarının qarşısını
almaq üçün bu istiqamətlərdə “ilişib” qaldı.
Noyabrın 6-da Şuşa uğrunda ağır və həlledici
döyüşlər başlandı. Düşmən Pənahəli
xanın əsasını qoyduğu bu şəhərin bütün giriş
yollarında möhkəm müdafiə sistemləri
yaratmış, çoxlu sayda canlı qüvvə, silah-sursat
və ağır texnika cəmləşdirmişdi. Ermənistanın
keçmiş müdafiə naziri, I Qarabağ
müharibəsində əli dinc azərbaycanlıların
qanına bulaşmış S.Ohanyan Şuşanın müdafiəsinin
təşkilini öz üzərinə götürmüşdü. Lakin
bütün bunlar Şuşanı azad etmək üçün
alışıb-yanan rəşadətli Azərbaycan hərbçilərinə
mane ola bilmədi.
Yalnız yüngül atıcı silahlarla silahlanmış və
sayca ermənilərdən bir neçə dəfə az olan
Xüsusi Təyinatlı Qüvvələrimiz sıldırım qayalıqlara
dırmanaraq Şuşaya daxil oldu. Şəhərin
daxilində qanlı döyüşlər başlandı.
Noyabrın 7-də Şuşa düşmən qüvvələrindən
təmizləndi, onun müdafiəsini öz üzərinə
götürən S.Ohanyan şəhərdən qaçdı. Ermənistan
silahlı qüvvələrinin şəhəri geri almaq
cəhdləri isə heç bir nəticə vermədi. Noyabrın
8-də artıq bütün şəhər rəşadətli ordumuzun
tam nəzarəti altına keçdi və Şuşa