“Ali Baş Komandanın mənə ilk gündən
verdiyi tapşırıq və göstərişlərdə əsas tələblərdən
biri əməliyyat planlarında şəxsi heyət
itkisinin minimum səviyyəyə endirilməsini
təmin etmək idi. Möhtərəm Prezident hər
bir hərbi qulluqçunun həyatına önəm verir,
onun təhlükəsizliyinin təmin olunmasına xüsusi
diqqət yetirilməsini tələb edirdi....Ona
görə də əməliyyat planının hazırlanmasında
bu tapşırığı əsas götürür, icrasına məsuliyyətlə
yanaşırdıq”.
Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru.
Müdafiə naziri general-polkovnik
Z.Həsənovun məqaləsindən
Sentyabrın 30-dək düşmən xeyli itki
verərək bütün cəbhə boyu bir çox
mövqelərindən geri çəkilməyə məcbur
oldu. Bu müddət ərzində Ermənistan ordusunun
30 hava hücumundan müdafiə vasitəsi,
1 ədəd “S-300” zenit-raket kompleksi,
200-dək tankı, 110-dan artıq avtomobil texnikası,
6 komanda – idarəetmə mərkəzi
məhv edilmişdi. Suqovuşan (Madagiz) istiqamətində
gedən döyüşlərdə xeyli canlı
qüvvə və texnikasını itirən düşmən geri çəkilməyə
məcbur oldu. Oktyabrın 3-də Suqovuşan
azad edildi. Ağdərə ilə Ağdamı birləşdirən
əsas təminat yolu hərbi qüvvələrimizin nəzarətinə keçdi.
Döyüş taktikaları haqqında məlumat toplayın və
II Qarabağ müharibəsində tətbiq edilən taktikalarla
müqayisələr aparın.