Vətən müharibəsi, Xüsusi Təyinatlı Qüvvələr,
“Dəmir Yumruq”, ”Qarabağ mücrüsü”,
pilotsuz uçuş aparatları, “Bayraktar TB-2”,
“Harop”, işğal altında olan torpaqların azad
edilməsi, Şuşanın azad olunması
2020
-ci il sentyabrın əvvəllərindən
etibarən silahlı qüvvələrin cəbhə
boyu təmas xəttində Ermənistan qoşunlarının
aktivliyinin artması, ayın ortalarında
isə döyüş hazırlığı tədbirlərinin
həyata keçirilməsi kəşfiyyat məlumatları
əsasında təsdiqləndi. Düşmənin artıq xırda
təxribatlarla kifayətlənmək istəmədiyi, aktiv
surətdə yeni müharibəyə hazırlaşması,
“yeni müharibə, yeni ərazilər” kimi təcavüzkar
ideyalarını reallaşdırmaq niyyətləri aydın
sezilirdi.
Sentyabrın 26-dan başlayaraq düşmən cəbhə
xəttindəki mövqelərimizi, həmçinin
mülki yaşayış məntəqələrini iriçaplı silahlar,
minaatanlar və müxtəlif tipli artilleriya qurğularından
intensiv atəşə tutdu. Nəticədə
mülki əhali arasında ölən və yaralananlar
oldu. Hər cür düşmən təxribatına qarşı döyüş
hazırlığı vəziyyətinə gətirilən Azərbaycan
Silahlı Qüvvələri Ali Baş Komandanın
əmri ilə sentyabrın 27-si səhər saat 6:00 da
əks-hücum əməliyyatına keçdi. Bununla da
tariximizə qızıl hərflərlə yazılan 44 gün davam
etmiş Vətən müharibəsi başlandı.
Azərbaycan ordusu II Qarabağ müharibəsində
“Dəmir Yumruq” adını alan planı həyata
keçirməyə başladı. Müharibənin ilk
günündə Ağdərə, Kəlbəcər və Füzuli–Cəbrayıl
istiqamətində əks-hücuma keçən
Azərbaycan ordusu düşmənə ağır zərbələr