atəşə tutulması ilə başlanan
təxribatlar iyulun sonlarınadək davam etdi.
Azərbaycan ordusunun dəqiq atəşləri ilə
qarşı tərəfin dayaq məntəqələri, artilleriya
qurğuları, avtomobil texnikası və çoxlu
sayda canlı qüvvəsi məhv edildi. Düşmən
Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini
müxtəlif çaplı silahlardan atəşə tutmağa
başladı.
Düşmən təxribatı nə üçün məhz Tovuz rayonu
istiqamətində başladı? Fikirlərinizi əsaslandırın.
Düşmən təxribatının qarşısını almaq
məqsədilə ön xəttə gələn Azərbaycan ordusunun
general-mayoru Polad Həşimov, polkovnik
İlqar Mirzəyev və bir neçə döyüşçümüz
qəhrəmanlıqla şəhid oldu.
Əsgərlərinin sevimlisi olan generalın və
digər hərbçilərimizin şəhid edilməsinə ordumuzun
cavabı sərt oldu: düşmənə məxsus
müxtəlif təyinatlı texnikalar, komanda
məntəqəsi, müdafiənin dərinliyindəki silahsursat
ehtiyatları və çoxlu sayda canlı qüvvə
məhv edildi. Azərbaycan ordusunun isə 12