qanunauyğun nəticəsi olaraq Azərbaycan
idmançılarının beynəlxalq yarışlarda qazandıqları
medalların sayı ildən-ilə artmaqdadır.
Müstəqillik illərində ölkənin beynəlxalq
aləmdə nüfuzunun getdikcə yüksəlməsinə
Azərbaycanda müxtəlif beynəlxalq yarışların
keçirilməsi də parlaq sübutdur. Azərbaycanın
2015-ci ildə I Avropa oyunlarına,
2017-ci ildə isə IV İslam Həmrəyliyi oyunlarına
ev sahibliyi etməsi xüsusi şəkildə qeyd
olunmalıdır. Həm bu oyunların ən yüksək
səviyyədə keçirilməsi, həm də Azərbaycan
idmançılarının qazandıqları uğurlar ölkənin
idman sahəsində də ciddi nailiyyətlər əldə
etdiyinin göstəricisidir.
Olimpiya çempionu olmuş Azərbaycan idmançılarını
müəyyənləşdirin.
Mədəniyyət və incəsənətin inkişafı ənənəsinin,
mədəniyyət və incəsənət xadimlərinə
hərtərəfli dövlət qayğısının əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Prezident İlham Əliyev,
başqa sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də onun apardığı siyasətin əsil
davamçısı və varisidir. Azərbaycanda hər
iki liderin hakimiyyəti dövründə mədəniyyətin
bütün sahələrində sistemli islahatlar
aparılmışdır. Onların yürütdüyü bu uğurlu
mədəni siyasət Azərbaycan xalqının çoxəsrlik
ənənələrinə söykənir və mənəvi-estetik
dəyərlərə istinad edir.