TÜRKSOY və Azərbaycanın bu təşkilatdakı yeri
haqqında təqdimat hazırlayın.
Mədəni irsin qorunması sahəsindəki tədbirlər
nəticəsində 2003-cü ildə Azərbaycan
muğamı, 2007-ci ildə Qobustan Milli Tarixi
Bədii Qoruğu, 2009-cu ildə aşıq sənəti və
Novruz bayramı, 2010-cu ildə Azərbaycan
xalça sənəti, 2012-ci ildə isə tar ifaçılıq
sənəti UNESCO-nun Ümumdünya İrs Siyahısına
daxil edilmişdir.
Muğam sənəti hazırda özünün çiçəklənmə
dövrünü yaşayır. Azərbaycan muğamının
UNESCO-nun “Qeyri-maddi mədəni irs inciləri”
siyahısına daxil edilməsi Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə baş vermişdir.
2009-cu ildən başlayaraq Bakıda “Muğam
aləmi” Beynəlxalq Muğam festivalının keçirilməsi
muğamın təbliğində mühüm rol oynayır.