“...Azərbaycanda təhsil sistemi dövlət
qayğısı altındadır... Dövlət təhsilin maliyyələşdirilməsini,
yüksək təhsil almaq üçün
müasir maddi-texniki bazanın yaradılmasını,
məktəblərin şəraitinin yaxşılaşdırılmasını
özünün əsas vəzifələrindən biri hesab
edir. Bilməlisiniz ki, bizim büdcədə ən çox
payı olan təhsil sistemidir. Bu da təsadüfi
deyildir. Başqa sahədə, ola bilər, kəsirlər
də olsun, amma təhsildə yox. Çünki təhsildə
olan kəsir, çatışmazlıq bizim gələcəyimizdə
xətalar yaradacaqdır...”
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin yeni dərs ilinin başlanması
münasibətilə 6 saylı orta məktəbdə təşkil
olunmuş mərasimdəki nitqindən.
1 sentyabr 2001-ci il
Böyük Liderin 90 anı
TQDK yaranana qədər Azərbaycanda ali
məktəblərə qəbulun hansı şəkildə həyata keçirilməsi
ilə bağlı məlumat toplayıb müqayisələr
aparın.