cənubuna keçirən ruslar 1827-ci ilin payızında
Maku, Xoy, Mərənd və Təbrizi zəbt
etdilər. 1827-ci ilin noyabrından başlamış
danışıqlar Rusiya böyük miqdarda təzminat
tələb etdiyi üçün uzanırdı. Bunu bəhanə
edən ruslar Urmiya və Ərdəbili də işğal
etdilər.
Nəhayət, 1828-ci il fevral ayının 10-da
Təbriz yaxınlığındakı Türkmənçay kəndində
sülh müqaviləsi imzalandı. On altı
maddədən ibarət olan bu sülhə görə
Qacarlar dövləti ilə Rusiya arasındakı sərhədlər
yeniləndi. Şah hökuməti Naxçıvan
və İrəvan xanlıqlarının da Rusiyaya ilhaqını
tanıdı, 20 milyon rubl məbləğində təzminat
ödəməyi öz öhdəsinə götürdü.
İrəvanlı Həsən xan
Müqaviləyə görə Xəzər dənizində hərbi
donanma saxlamaq hüququ yenə də
yalnız Rusiyaya məxsus idi. Bundan başqa,
Türkmənçay sülhündə qarşılıqlı ticarət
əlaqələrinin genişləndirilməsi, yeni ticarət
konsulluqlarının açılması, gömrük
məsələləri də öz əksini tapırdı.
Sülhün ən ağrılı məqamlarından biri isə
15-ci maddə idi. Bu maddədə Qacarların
daxili əyalətlərində yaşayan əhalinin Rusiyaya
(Azərbaycanın şimalına) sərbəst köçməsinə
şərait yaratdığı əks olunurdu. Bu
maddəyə uyğun olaraq, Rusiya –Qacarlar
müharibələrinin gedişində xəyanət yolunu