“Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının,
qan tökülməsinin əleyhinəyik,
amma sülhdən daha vacib vətənimizin
əzəli torpaqlarının qaytarılmasıdır. Lazım
gələrsə, bu yolda BMT Nizamnaməsinə
uyğun olaraq təcavüzkara qarşı güc tətbiq
edilməsi də istisna olunmamalıdır”.
Azərbaycan ziyalılarının 2001-ci il mayın
30-da yaydığı bəyanatdan
Heydər Əliyev müxtəlif beynəlxalq təşkilatlardakı
çıxışlarında və görüşlərində, demək
olar ki, həmişə bu məsələyə toxunmuşdur.
Bütün bunların nəticəsində Ermənistan–
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həqiqi mahiyyəti dünya ictimaiyyətinə məlum
olmuşdur.
Heydər Əliyev ATƏT çərçivəsində də çox
uğurlu fəaliyyət göstərirdi. ATƏT-in 1994-cü
ildəki Budapeşt sammiti gələcəkdə regionda
sülhməramlı beynəlxalq qüvvələrin
yaradılacağı ilə bağlı qərar qəbul etdi. Təşkilatın
1996-cı ildə keçirilmiş Lissabon sammitində
ölkənin ərazi bütövlüyünü tanıyan bəyanat
verildi.
Lissabon sammitindən sonra Minsk qrupunun
fəaliyyətində fəallaşma müşahidə
olundu. Qrupa həmsədrlik edən ABŞ, Rusiya
və Fransa heç də obyektiv mövqe tutmamışdı.
Onların təklifləri də ya Azərbaycan
üçün yolverilməz olur, ya da Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə qəbul
edilmirdi.
İşğalçı Ermənistan dövlətinə hər hansı bir
təzyiqlər göstərilmirdi. Bu isə münaqişənin
uzanmasına başlıca səbəb olmuşdur.
Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi
nədə idi?
Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilən daxili və xarici siyasət, ordu quruculuğundakı
inkişaf Azərbaycanın haqlı
mövqeyinin dəyişməzliyini təmin edirdi.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin hakimiyyəti illərində də münaqişənin
sülh yolu ilə həlli üçün Azərbaycanın
səyləri davam etdirilmişdir.