Sizcə, İlham Əliyev hansı vəzifələrdəki fəaliyyəti ilə
Ümummilli lider Heydər Əliyevin yüksək etimadını
qazanmışdı?
Hələ 2002-ci ildə millət vəkili, ARDNŞ-nin
Birinci vitse-prezidenti olarkən İlham Əliyev
ABŞ-də rəsmi səfərdə olaraq yüksək səviyyəli
görüşlər keçirmişdi. Görüşlərin birindən
sonra görkəmli siyasətçi Brent Skoukroft
demişdi: “...Mən Azərbaycanın gələcəyinə
nikbin baxıram. İlham Əliyev bizə güclü siyasətçi
təsiri bağışlayır”.
İlham Əliyevin prezidentliyinin birinci
dövrü. 15 oktyabr 2003-cü ildə alternativ,
demokratik əsaslarla keçirilən seçkilərdə
İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi.
Demokratik dövlət quruculuğunun sonrakı
mərhələsi Heydər Əliyevin siyasi varisi və layiqli
davamçısı olan İlham Əliyevin fəaliyyəti
ilə bağlıdır.
Onun islahatlarının 18 mart 2009-cu ilədək
davam edən birinci mərhələsi Azərbaycanda
hüquqi və dövlət quruculuğunun
davam etdirilməsi ilə səciyyələnir.
Azərbaycan Respublikası Konstitusiyasına
əlavə və dəyişikliklərin edilməsi, həmçinin
ölkə iqtisadiyyatındakı nailiyyətlər keçid
dövrünün məhz 2009-cu ildə başa çatmasının
təsdiqi kimi qəbul oluna bilər.
İlham Əliyevin prezidentliyinin sonrakı
dövrü. 2009-cu ildən sonrakı dövr isə Azərbaycan
Respublikasında hüquqi dövlət quruculuğunun
daha da möhkəmləndirilməsi
dövrü kimi qiymətləndirilməlidir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə 21 fevral 2017-ci ildə Mehriban xanım
Əliyevanın Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti vəzifəsinə təyin
edilməsi də bu istiqamətdə atılmış mühüm
bir addımdır.
İlham Əliyevin Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ilə dövlətin xarici siyasətində
yeni mərhələ başlandı. Bu mərhələ
özündən əvvəlki dövrün təməlləri üzərində
dayanır və onun davamını təşkil
edirdi. Bununla yanaşı, həmin mərhələ
məzmununa görə zəngin, mahiyyəti baxımından
daha dərin, əhatəliliyinə görə daha
geniş oldu.