Dövlət Proqramı, rəqabətədavamlı ölkə,
nəqliyyat-kommunikasiya və tranzit mərkəzi,
vitse-prezident
U
lu öndər Heydər
Əliyevin layiqli varisi
İlham Əliyev 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Onun
hakimiyyət illəri ölkənin hərtərəfli inkişaf
illəri kimi səciyyələndirilir.
İlham Əliyevin prezidentlikdən əvvəlki
fəaliyyəti. 15 oktyabr 2003-cü ilə təyin edilmiş
Azərbaycan Respublikasının prezident
seçkilərində Ümummilli lider Heydər Əliyevin
namizədliyi növbəti dövr üçün qeydə
alınmışdı. Lakin o, səhhətində yaranmış
problemlərlə əlaqədar olaraq mövcud vəziyyəti
düzgün təhlil edib qiymətləndirdi və
öz namizədliyini həmin vaxt ölkənin Baş
naziri olan cənab İlham Əliyevin xeyrinə
geri götürdü.
İlham Əliyev keçmiş SSRİ-nin ən nüfuzlu ali
məktəblərindən biri olan Moskva Beynəlxalq
Münasibətlər İnstitutunda müəllim işləyərək
elmi pedaqoji təcrübə toplamışdı.
Heydər Əliyevin uzaqgörən və müdrik rəhbərliyi
altında uzun və hərtərəfli dövlətçilik
təcrübəsi keçmiş, müstəqil Azərbaycan
Respublikasında Dövlət Neft Şirkətinin Birinci
vitse-prezidenti, Milli Məclisin deputatı,
Milli Olimpiya Komitəsinin prezidenti, Avropa
Şurasında Azərbaycan nümayəndə
heyətinin başçısı, Yeni Azərbaycan Partiyasının
sədr müavini, Baş nazir və s. məsul