Azərbaycan Respublikasının xarici siyasətinin
vacib istiqamətlərindən biri də enerji
diplomatiyası idi. Bu sahədə atılan addımlar
külli miqdarda xarici sərmayənin respublikaya
axmasına şərait yaratdı. Enerji
diplomatiyasının uğurlu şəkildə aparılması
Azərbaycanda sosial-iqtisadi və siyasi sabitliyin
əldə edilməsinə və ölkənin müstəqil
dövlət kimi möhkəmlənməsinə gətirib
çıxardı. Azərbaycanın neft strategiyası ölkənin
beynəlxalq nüfuzunun artmasına da səbəb
oldu.
Enerji diplomatiyası dedikdə nə başa düşürsünüz?
Dövlət müstəqilliyinin tanıdılması, geniş diplomatik
əlaqələrin qurulması, xarici siyasətin
formalaşması, Azərbaycanın mövqeyinin
möhkəmləndirilməsi, ölkə daxilində sosialsiyasi,
iqtisadi, mədəni və digər sahələrdə
dövlət quruculuğu üçün əlverişli beynəlxalq
şəraitin yaradılması, ölkənin nüfuzlu bir dövlətə
çevrilməsi 1991–2003-cü illərdə Azərbaycan
Respublikasının xarici siyasət sahəsində
keçdiyi yolun başlıca yekunu hesab
edilə bilər.
Xarici iqtisadi əlaqələrin genişləndirilməsinin
əhəmiyyətini dəyərləndirin.
Heydər Əliyev xarici siyasət sahəsində keçilmiş
yola qiymət verərək 1998-ci ildə demişdir:
“Azərbaycanın xarici siyasəti ötən illərdə
uğurlu olmuşdur. Hesab edirəm ki, biz xarici
siyasətimizi düzgün qurmuşuq, strateji xəttimiz
düzgündür, təyin etdiyimiz istiqamətlər
doğrudur. Bunların hamısı xarici siyasət
sahəsində Azərbaycana uğur gətiribdir. Birinci
növbədə, bunların hamısı Azərbaycan
dövlətinin fəaliyyətidir və prezidentin apardığı
xarici siyasətin nəticələridir. Bizim əsas
nailiyyətimiz ondan ibarətdir ki, ötən illər
Azərbaycanın dövlət müstəqilliyini təkcə xarici
siyasət nəticəsində deyil, bütün fəaliyyətimiz
nəticəsində gündən-günə möhkəmləndirmişik,
öz suverenliyimizin, müstəqilliyimizin
toxunulmaz, sarsılmaz olduğunu
nümayiş etdirmişik. Artıq beynəlxalq
aləmdə Azərbaycanın tam müstəqil ölkə olduğu,
tam müstəqil siyasət apardığı
haqqında heç bir şübhə yoxdur”.