İrəvan qalasının Rusiya tərəfindən işğal edilməsi
lanmışdı. Müharibənin başlanğıcında
Abbas Mirzə xeyli uğur əldə etdi. Azərbaycan
xanlarının da yaxından iştirakı ilə
Lənkəran, Şamaxı, Şəki və Gəncə əraziləri
ruslardan təmizləndi. Bu ərazilərdə xan
hakimiyyəti bərpa olundu. Hərbi əməliyyatlara
qoşulan İrəvan xanı Hüseynqulu xanın
qardaşı Həsən xan da Pəmbək və Şörəyeli
azad etdi. Lakin Abbas Mirzə dağınıq
vəziyyətdə olan rus dəstələrini əzmək
əvəzinə, əsas qüvvələri ilə Şuşa qalasını
mühasirəyə aldı. Mühasirə 48 gün davam
etdi. Bundan yararlanan rus komandanlığı
pərakəndə halda olan rus qoşunlarını Tiflisə
cəmlədi, buraya yeni qüvvələr göndərdi.
Qraf İ.F.Paskeviç isə Qafqazdakı rus qoşunlarının
komandanı təyin edildi. Nəticə
özünü çox gözlətmədi. 1826-cı ilin sentyabrında
Şəmkir döyüşündə ruslar qələbə
qazandılar. Bir qədər sonra Gəncə yaxınlığında
baş verən döyüş həlledici oldu.
Abbas Mirzənin başçılıq etdiyi şah qoşunlarının
əsas hissəsi xəyanət nəticəsində
məğlub edildi. Bu məğlubiyyət Qacarların
Qafqazdakı nüfuzuna ağır zərbə vurdu və
müharibənin taleyini həll etdi. 1827-ci ilin
yayında rus qoşunları əvvəlcə Naxçıvanı
müqavimətsiz tutdu. Həmin ilin iyulunda
baş verən Cavanbulaq, sentyabrın 20-də isə
Sərdarabad döyüşlərindəki qələbələr
İrəvan xanlığının taleyini, demək olar ki, həll
etdi. Həsən xanın şiddətli müqavimətinə
baxmayaraq, şəhər ruslar tərəfindən tutuldu.
Hərbi əməliyyatları Azərbaycanın