İran, Gürcüstan, Qazaxıstan və Türkmənistanla
münasibətlərini beynəlxalq hüquq
normalarına uyğun qurmuş və tarazlaşdırılmış
siyasət həyata keçirməyə müvəffəq olmuşdur.
Respublika Avropa dövlətləri ilə münasibətlərə
də önəm verirdi. Ulu öndər Heydər Əliyevin
Avropaya ilk rəsmi səfəri 1993-cü ilin
dekabrında Fransaya olmuşdu. Səfər zamanı
yüksək səviyyəli görüşlər keçirildi.
Azərbaycan Prezidenti səfər müddətində
hələ 1990-cı ildə qəbul edilmiş Avropa üçün
Paris xartiyasını imzaladı. Azərbaycan bu
sənədə qoşulmaqla BMT nizamnaməsinə,
beynəlxalq təhlükəsizlik, əməkdaşlıq normalarına
və prinsiplərinə əməl edəcəyini
təsdiqləmiş oldu. Bununla da ölkə Avropa
təhlükəsizlik sisteminə doğru ciddi şəkildə
irəlilədi.
1991–2003-cü illərdə Avropanın Almaniya,
Böyük Britaniya, İtaliya, İspaniya və digər
ölkələri ilə də yüksək səviyyəli əlaqələr quruldu,
səmərəli qarşılıqlı səfərlər həyata keçirildi.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin möhkəmləndirilməsində
Avropa ölkələri ilə münasibətlərin mühüm
rolu var idi.
ABŞ ilə münasibətlərin qurulması və inkişafı
xüsusi əhəmiyyət kəsb edirdi. ABŞ
Konqresinin “Azadlığı Müdafiə Aktı”na
1992-ci ildə qəbul etdiyi
907-ci
düzəliş*
münasibətlərə ciddi maneə idi. Heydər Əliyevin
uğurlu fəaliyyəti ABŞ-nin Azərbaycan
siyasətində tədricən dönüş yaranmasına
gətirib çıxardı. Son nəticədə ABŞ konqresi
Prezidentə 907-ci düzəlişin fəaliyyətini hər il
dayandırmaqla bağlı səlahiyyət verdi.
*907-ci
düzəliş
ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını
qadağan edən düzəliş
907-ci düzəlişin mahiyyəti nədən ibarət
idi?
Azərbaycanın xarici siyasətinin daha bir
mühüm istiqamətini beynəlxalq və regional
təşkilatlarla əməkdaşlıq təşkil etməsidir.