yolu ilə həll edilməsi yolundakı səyini, bir an
da olsun, dayandırmamışdır. Bu zaman
Azərbaycan münaqişəni tənzimləmək
iddia sında olan beynəlxalq qurumlarla sıx
əməkdaşlıq etmişdir. ATƏT-in Minsk qrupunun
həmsədr ölkələri olan ABŞ, Rusiya və
Fransa ilə təmaslar xüsusilə vurğulanmalıdır.
1997–1998-ci illərdə Minsk qrupunun həmsədrləri
münaqişənin tənzimlənməsi üçün
müxtəlif təkliflər irəli sürdülər. Azərbaycan
rəhbərliyi danışıqlarda daim konstruktiv
mövqe nümayiş etdirir, işğal olunmuş torpaqların
qaytarılması, ermənilərin ölkənin
qanunlarına hörmətlə yanaşılmasını tələb
edirdi. Lakin Ermənistanın Dağlıq Qarabağın
qondarma müstəqilliyinin tanınmasına
yönəlmiş qeyri-konstruktiv mövqeyi daim
danışıqlarda ciddi nəticələr əldə edilməsinə
mane olurdu. Azərbaycan ərazilərinin işğalından
əl çəkməyən Ermənistan öz qeyriqanuni
əməllərinə son qoymurdu.
Xarici dövlətlərlə münasibətlər. Ölkənin
xarici siyasətində qonşu dövlətlərlə münasibətlər
hər zaman mühüm yer tutmuşdur.
Azərbaycan Respublikası Rusiya, Türkiyə,