Azərbaycan Respublikası Heydər Əliyevin
rəhbərliyi altında hər üç istiqamətdəki
problemləri ardıcıl olaraq, mərhələli şəkildə
həll etdi.
İslahatların birinci mərhələsi. 1993–1997-ci
illəri əhatə edən I mərhələdə ölkə dərin,
hərtərəfli böhrandan çıxarıldı, bazar iqtisadiyyatına
və dünya iqtisadiyyatına inteqrasiyanın
əsasları yaradıldı.
Bu zaman torpaq öz sahiblərinə – kəndlilərə
qaytarıldı. İlk növbədə, özəlləşdirilmənin
normativ- hüquqi bazası yaradıldı. Torpağın
kəndlilərə verilməsi kənd
təsərrüfatının inkişafına imkan verdi. Bununla
yanaşı, müxtəlif tabelikdə olan kiçik
və orta istehsal, həmçinin xidmət müəssisələrinin
özəlləşdirilməsinə başlanıldı.
Torpaq sovet hakimiyyəti dövründə kəndlilərdən necə
alınmışdı?
Neft sənayesi iqtisadiyyatın qabaqcıl sahəsi
kimi mühüm rol oynayırdı. O, iqtisadiyyatın
digər sahələrini inkişaf etdirməkdə, xarici
investisiyaları ölkə iqtisadiyyatına cəlb etməkdə
və daxili investisiya imkanlarını genişləndirməkdə
mühüm rol oynaya bilərdi.
Neft amilinin ölkənin iqtisadi inkişafında və
müstəqilliyin təmin edilməsindəki rolunu
nəzərə alan Heydər Əliyev özünün neft strategiyasını
müəyyənləşdirdi.
“Əsrin müqaviləsi”ndə iştirak etmiş şirkətlərdən
hansılarını göstərə bilərsiniz?