Heydər Əliyev qadın hüquqlarının reallaşması
və təminatı istiqamətində mühüm
fərman və sərəncamlara imza atdı. 1998-ci
ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradıldı.
“...Bilirsinizmi, biz fəxr edə bilərik ki,
xalqımız qısa müddətdə böyük sivilizasiya
yolu keçmişdir, qadın azaddır, qadın
ictimai-siyasi həyatda, dövlət işlərində
yaxından iştirak edir, elmi tədqiqatla məşğul
olur, qadın səhiyyə, mədəniyyət sahələrində
çalışır...”
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin GUÖAM ölkələri qadınlarının
Bakıda keçirilən birinci əməkdaşlıq
forumunun iştirakçılarını qəbul edərkən
söhbətindən, 20 sentyabr 2001-ci il
“Böyük Liderin 90 anı”
Dövlət quruculuğu ilə bağlı həyata keçirilən
tədbirləri qruplaşdırın və sxem tərtib edin.