Konstitusiya, hüquqi dövlət, bələdiyyə,
Hüquqi İslahatlar Komissiyası, senzura,
plüralizm
M
üstəqilliyini yenicə
elan etmiş Azərbaycan
Respublikasının müasir,
demokratik, hüquqi bir dövlətə çevrilməsi
vacib idi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında ölkə həmin istiqamətlərdə
inkişaf edərək qısa müddət ərzində dünya
dövlətləri arasında öz layiqli yerini tuta
bildi.
Demokratik dövlət quruculuğuna başlanılması.
Müasir Azərbaycan Respublikası
müstəqilliyinin ilk illərindən etibarən demokratik,
hüquqi və dünyəvi dövlət yaratmaq
məqsədini elan etmiş və dövlət quruculuğu
sahəsində ardıcıl, qətiyyətli tədbirlər
həyata keçirmişdir. Belə bir dövləti yaratmaq
üçün ölkə tarixi təcrübəyə, qədim dövlətçilik
ənənələrinə, güclü iqtisadiyyata, lazımi
elmi potensiala, ən əsası isə Heydər
Əliyev kimi təcrübəli bir siyasi liderə malik
idi.
Demokratik, hüquqi və dünyəvi respublika
quruculuğu ilə bağlı həyata keçirilən tədbirləri
mərhələlərə bölmək mümkündür. Azərbaycanın
dövlət müstəqilliyini bərpa etdiyi
18 oktyabr 1991-ci ildən Heydər Əliyevin ölkədəki
hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü ilə
qədər davam etmiş dövrü bu prosesin birinci
mərhələsi hesab etmək olar.