Azərbaycan xalqının tarixində yeni bir dövrün
başlanğıcı oldu.
Ölkədəki ictimai-siyasi gərginlik davam etməkdə
idi. Prezident Əbülfəz Elçibəy iyunun
17-dən 18-nə keçən gecə Bakını tərk etdi və
Ordubad rayonunda yerləşən Kələki kəndinə
getdi. O bunu paytaxtda qardaş qırğınının
qarşısını almaq istəyi ilə izah etdi və
ölkəni oradan idarə edə biləcəyini bildirdi. Ali
Sovetin Prezidentə geri qayıtmaq təklifləri
qəbul olunmadı. Belə olduqda Prezident səlahiyyətləri
də Heydər Əliyevə həvalə edildi.
1993-cü ilin yayı və payızında xalq Ulu öndərin
ətrafında daha sıx birləşdi. Avqustun sonunda
ümumxalq referendumunda Azərbaycan
xalqı Əbülfəz Elçibəyə bir prezident
kimi etimadsızlıq göstərdi.
1993-cü il oktyabrın 3-də Ümummilli lider
Heydər Əliyev mütləq səs çoxluğu ilə Azərbaycan
Respublikasının Prezidenti seçildi.
Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasının
rəhbərliyinə qayıtdı, onun
müstəqilliyini möhkəmləndirdi, onu əbədi
və dönməz etdi.
“Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan
xalqının xilası oldu” mövzusunda təqdimat
hazırlayın.