Yeni Azərbaycan Partiyasının yaradılmasında
məqsəd Azərbaycan Respublikasını
mövcud böhrandan xilas etmək idi. 1992-ci
il noyabrın 21-də Naxçıvanda Azərbaycan
Respublikasının bütün bölgələrini təmsil
edən nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi.
Konfransda partiyanın yaradılması
haqqında qərar, həmçinin onun proqramı
və nizamnaməsi qəbul edildi. Heydər Əliyev
yekdilliklə partiyanın sədri seçildi. Beləliklə,
xalqın həyatında mühüm rol oynayan və öz
üzərinə böyük tarixi missiya götürən Yeni
Azərbaycan Partiyası yaradıldı.
Heydər Əliyev çoxları tərəfindən təkcə
YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri
kimi qəbul edilirdi. O öz müdrik məsləhətləri
ilə xalqı yaxınlaşmaqda olan fəlakətlərdən
qurtarmağa, o dövrdəki
iqtidara, siyasətçilərə düzgün yol göstərməyə
səy göstərirdi.
Yeni Azərbaycan Partiyasının yaranmasının
tarixi əhəmiyyətini izah edin.