Əbülfəz Elçibəy
Lakin hakimiyyətə gəlmiş qüvvələr tezliklə
xalqın etibarını itirməyə başladı. Onlar hakimiyyəti
möhkəmləndirə və ondan xalqın
xeyrinə səmərəli istifadə edə bilmədilər. Bunun
başlıca səbəbi Azərbaycanın düşmənlərinin
xalqın hakimiyyətinin güclənməsini,
ölkənin güclü dövlətə çevrilməsini istəməmələri
idi.
Rəhbərliyin kadr siyasətindəki səhvləri,
idarəçilikdə yol verdiyi ciddi qüsurları xalqı
ondan daha da uzaqlaşdırdı. Həm iqtidarın
səriştəsiz siyasəti, həm də xarici güclərin
təhrikçiliyi ölkə daxilində separatçı qüvvələri
ruhlandırdı.
1993-cü il iyun ayının əvvəllərində hərbi qiyam
başladı. Surət Hüseynovun başçılıq etdiyi
hərbi hissə ölkə rəhbərliyinə tabe olmaqdan
imtina etdi. İqtidar hərbi müxalifətin öhdəsindən gəlməkdə çətinlik çəkdi.
İyunun 4-də Gəncədə silahlı toqquşma baş
verdi və hökumət qüvvələri məğlub oldu.
Qiyamçılar Bakı istiqamətində irəliləməyə
başladılar. Danışıqlar nəticəsində parlamentin
sədri, Baş nazir, üç güc naziri istefa
verməli oldu və ölkədə hakimiyyət boşluğu
yarandı.
Parlament səlahiyyətlərinə malik olmaq nə deməkdir?
Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə necə gəldi?