Xocalının düşmən tərəfindən işğal olunması
zamanı böyük şücaət göstərərək şəhid
olmuş bir sıra igid vətən oğulları Azərbaycanın
Milli Qəhrəmanı fəxri adına layiq
görülmüşlər. Bunların arasında Xocalı aeroportunun
komendantı Əlif Hacıyevin, Xocalı
ərazi özünümüdafiə batalyonunun komandiri
Tofiq Hüseynovun, rota komandiri
Aqil Quliyevin, silahlı dəstəyə başçılıq etmiş
Ələsgər Novruzovun adlarını çəkmək olar.
Tofiq Hüseynov
Xocalı şəhərində
dünyaya gəlmişdi.
O, Qarabağ
uğrunda döyüşlər
zamanı Xocalı ərazi
özünümüdafiə
batalyonunun
təşkilatçılarından biri və komandiri olmuşdur.
Rayonda onu “Mixaylo” ləqəbi ilə
tanıyırdılar. Müxtəlif döyüşlərdə dəfələrlə
fərqlənən Tofiq Hüseynov son qəhrəmanlığını
Xocalının düşmən tərəfindən tutulması
zamanı göstərdi. O, qeyri-bərabər döyüşdə
son gülləsinədək vuruşdu, əsir düşməmək
üçün qumbaranı partladaraq özü ilə
bərabər ona yaxın erməni yaraqlısını da
məhv etdi.
Tofiq Mirsiyab oğlu Hüseynov ölümündən
sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görüldü.
Xocalı soyqırımı zamanı dinc əhalinin xilas
edilməsində fərqlənmiş və şəhidlik zirvəsinə
yüksəlmiş Hikmət Nəzərli, Füzuli
Rüstəmov, Canbulaq Rzayev, Araz Səlimov
da ölümlərindən sonra Azərbaycanın Milli
Qəhrəmanı adını aldılar.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında
Azərbaycanın Milli Qəhrəmanı Çingiz
Mustafayevin çəkdiyi video çəkilişlərin
rolu əvəzsizdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev Xocalı hadisəsi ilə bağlı demişdir:
“Xocalı soyqırımı XX əsrin ən böyük insan
faciələrindən biridir. Xocalıda misli görünməmiş
qəddarlıqla törədilmiş bu insan qırğınının
Yer kürəsinin hər hansı bir guşəsində
baş verməsinin qarşısını almaq üçün