Rusiya silahlı qüvvələrinin Xocalı faciəsində iştirakı
nəyə görə yolverilməz idi?
Düşmən Xocalı soyqırımını törətməklə 613
nəfəri qətlə yetirdi; o cümlədən 63 uşaq,
106 qadın, 70 qoca, 8 ailə tamamilə məhv
edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın
isə bir valideyni öldürüldü. Həmçinin
487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü,
150 nəfər isə itkin düşdü. Yalnız çox
az sayda insan Azərbaycanın nəzarətində
olan Ağdam şəhərinə çata bildi.
Xocalıda mülki əhalinin bilərəkdən, zorakılıqla
qətlə yetirilməsini çoxsaylı faktlar sübut
edir. Məsələn, həmin gün əhalinin xilas
olmaq istəyən xeyli hissəsinin ərazidən çıxış
yollarında əvvəlcədən hazırlanmış xüsusi
pusqularda məhv edilməsi bunlardan biridir.
Xocalıda baş vermiş faciə nəyə görə soyqırımı kimi
qiymətləndirilməlidir?
Xocalı soyqırımının törədilməsinə işğalçı
ölkə olan Ermənistanın rəhbərləri də xeyir-dua
vermişdilər. Məsələn, 1992-ci ildə
L.Ter-Petrosyan erməni ordusuna müraciətində
demişdi: “Siz ermənilər düşməni öldürərkən
ürəyiyumşaqlıq göstərməməlisiniz.
Dağlıq Qarabağda azərbaycanlıları
qırıb qurtarana və orada öz sivilizasiyamızı
bərqərar edənə qədər sizin düşmənə yazığınız
gəlməməlidir”.
Keçmiş Ermənistan prezidenti S.Sarkisyan
Xocalı soyqırımını törədən qüvvələrə başçılıq
edənlərdən, onları təşkilatlandıranlardan
biri olub və soyqırımında bilavasitə iştirak
edib. Onun Tomas de Vaalın “Qara bağ” kitabında
verilən fikirləri erməniləri ifşa edir:
“Xocalıya qədər azərbaycanlılar elə bilirdilər
ki, bizimlə zarafat etmək olar, onlar
elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə
əl qaldırmazlar. Biz o
stereotipi*
sındırdıq”.
*Stereotip
eynilik, şablon