1812-ci ilin oktyabrında Aslandüz çölündə
rus qoşunlarının qələbəsi ilə nəticələnən
döyüş müharibənin sonrakı gedişinə
həlledici təsir göstərdi. Abbas Mirzənin
başçılıq etdiyi hərbi qüvvələrin bu məğlubiyyəti
Lənkərandakı şah qoşunlarını da
ümidsiz vəziyyətdə qoydu. Lənkəran qalası
mühasirəyə düşdü. Qalanın müdafiəsinə
Qacar sərkərdəsi Sadıq xan rəhbərlik edirdi.
O, rusların qalanın təslim olması haqqında
tələblərini rədd etdi. 1812-ci il dekabrın
31-də rus qoşunlarının Lənkəran üzərinə
həlledici hücumu başladı. Üstün qüvvələrə
qarşı qeyri-bərabər döyüşdə Sadıq xan
qəhrəmanlıqla həlak oldu. Yanvarın 1-də
Lənkəran işğal edildi.
Lənkəranın işğalından sonra sülh danışıqları
yenidən bərpa olundu. 1813-cü il oktyabrın
12-də Qarabağın Gülüstan kəndində iki
dövlət arasında sülh müqaviləsi bağlandı.
Müqaviləni Qacarların nümayəndə heyətinin
başçısı Mirzə Əbülhəsən və Rusiyanı
təmsil edən general N.Rtişşev imzalamışdı.
Danışıqlarda Qacarlar dövlətinin nümayəndə
heyətinin tərkibində olan ingilis müşavir
Qor Ouzli də iştirak edirdi. Məhz onun
fəallığı nəticəsində müqaviləyə edilmiş
əlavə aktla Qacarlar dövlətinə sülh müqaviləsinin
nəticələrinə, xüsusilə sərhədlərin
dəyişdirilməsinə gələcəkdə yenidən baxılması
hüququ verildi. Müqaviləyə görə
Qacarlar dövləti Gəncə, Qarabağ, Şəki,
Şamaxı, Quba, Dərbənd, Bakı və Lənkəran
xanlıqlarının, Şərqi Gürcüstan və Dağıstanın