Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində
Rusiyanın münaqişəni həll etmək
səylərinə də sayğı ilə yanaşdı. Azərbaycan
Respublikası 1994-cü il mayın 8-də münaqişədə
iştirak edən tərəflərin, o cümlədən
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmalarının niyyətini təsdiq edən
Bişkek protokolunu imzaladı. 1994-cü il mayın
12-də cəbhə xəttində atəşkəs əldə edildi.
Birinci Qarabağ müharibəsində 20 min
azərbaycanlı şəhid, 5 min nəfər əlil oldu, 100
min nəfər yaralandı. 4 minə yaxın Azərbaycan
vətəndaşı itkin düşmüş hesab olunur.
Qaçqın və köçkünlərin sayı isə 1 milyonu
keçmişdi.
Birinci Qarabağ müharibəsindəki uğursuzluqların
səbəblərini araşdırıb qruplaşdırın.